Son dəqiqə

TÜMOSAN Cihan Büyük Albayrak Group

TÜMOSAN yerli mühərriklərin istehsalına başlayıb – Cihan Büyük

Bakı/TurkicWorld/ Türkiyənin Albayrak Holding-nə məxsus, ilk yerli traktor fabrikası olan TÜMOSAN, hərbi və sivil sahələrdə istifadə olunan quru və dəniz nəqliyyatının mühərrik ehtiyaclarını qarşılamaq üçün yerli motorlar istehsal etməyə başlayıb.

TurkicWorld-un məlumatına görə, bunu TÜMOSAN mühərrik texnologiyaları müdiri Cihan Büyük jurnalistlərə açıqlamasında deyib.

Cihan Büyük, dənizçilik sektorunda dəniz nəqliyyatlarında istifadə olunan motorlara güclü tələbatın olduğunu vurğulayaraq, TÜMOSAN-ın bu tələbatı ödəmək üçün öz dəniz nəqliyyatlarında istifadə olunan motorları istehsal etməyə başladığını ifadə edib.

“Dörd silindrli 310 at gücündə olan dəniz nəqliyatı motorlarını bu ilin 17-20 avqust tarixlərində baş tutan 15-ci Beynəlxalq Müdafiə Sənaye Sərgisində (İDEF`21) nümayiş etdirmişik. Yerli təlabata baxdığımız zaman həm hərbi, həm də ticari sahələrdə yüksək at gücünə malik mühərriklərə ehtiyac var. Hədəfimiz 450 at gücündə, altı silindrli mühərrik istehsal etməkdir”-deyə Büyük qeyd edib.

Mövzuya görə xəbərlər