KOBİA və Türkiyənin “Albayrak” Şirkətlər Qrupu əməkdaşlığı genişləndirir

KOBİA və Türkiyənin “Albayrak” Şirkətlər Qrupu əməkdaşlığı genişləndirir

Bakı. TurkicWorld:

KOBİA və Türkiyənin “Albayrak” Şirkətlər Qrupu əməkdaşlığı genişləndirir.

TurkicWorld-un məlumatına görə, KOBİA və Türkiyənin “Albayrak” Şirkətlər Qrupu arasında keçirilən görüşdə şirkətin ölkəmizdə icra edilən və yeni layihələrinə, əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

İstanbulda səfərdə olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin "Albayrak” Şirkətlər Qrupunun İdarə Heyətinin üzvü Mustafa Albayrakla görüşüb.

Görüşdə şirkətin ölkəmizdə icra edilən və yeni layihələrinə, eləcə də əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Albayrak” Şirkətlər Qrupu tikinti, daşınmaz əmlak, sənaye, logistika, media, turizm kimi 20-dən çox sektorda fəaliyyət göstərir. Şirkətlər qrupuna 80-ə yaxın şirkət və marka daxildir.

Məlumat üçün bildirək ki, 2022-ci il iyulun 15-də "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və "Albayrak Holdinq" şirkətlər qrupu arasında müqavilə imzalanıb.

İmzalanan müqaviləyə əsasən, "Albayrak Holdinq" şirkətlər qrupu Bakı Limanı ilə birgə "Ro-Ro", "Gübrə" terminallarında fəaliyyət göstərəcək və digər mühüm sahələrdə sıx əməkdaşlıq edəcək. Yeni əməkdaşlıq müqaviləsinin əsas məqsədləri logistika və təchizat zənciri sahəsində yük daşıyıcıları üçün ən rahat və stabil şəraiti formalaşdırmaq, Bakı Limanı vasitəsilə Azərbaycandan tranzit keçməklə Çin və Mərkəzi Asiya ölkələrindən Avropaya, eyni zamanda Türkiyəyə daşınan yükün həcminin qısa zamanda artırılmasına nail olmaqdır. Eyni zamanda cəlb edilən yükün müasir logistik həllərin tətbiq edilməsi ilə operativ formada aşırılmasını təmin etməkdir.