Türkiyə TÜMOSAN

PUSAT - Türkiyənin ən yüksək potensiallı hərbi avtomobili

Bakı/TurkicWorld/ Türkiyədə yerli mühərriklər ilə hərbi avtomobillərin istehsal oluna biləcəyini nümayiş etdirməyi hədəfləyən TÜMOSAN, Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2021) ilk dəfə olaraq Pusat'ın hibrid versiyasını sərgiləyib. TÜMOSAN, xaricdəki ehtiyacları qarşılamaq üçün Pusat ilə bağlı təkliflər də verməyə başlayıb.

TurkicWorld-un məlumatına əsasən, Türkiyənin müdafiə sənayesindəki önəmli yerli şirkəti TÜMOSAN, PUSAT-ın nümayişi ilə öz alt sistemlərini istifadə edərək Türkiyədə hərbi avtomobillərin istehsal edilə biləcəyini açıq şəkildə göstərdi.

IDEF'21 sərgisində ilk dəfə nümayiş olunan PUSAT Hibrid vasitəsi ilə bütün diqqət TÜMOSAN -a yönəlib. TÜMOSAN sərgisində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, tamamilə orijinal olaraq hazırlanmış PUSAT Hibridini nəzərdən keçirib. Albayrak Group İdarə Heyətinin sədri Ahmet Albayrak və İdarə Heyətinin sədr müavini Nuri Albayrak, Rəcəb Tayyib Ərdoğana PUSAT Hibrid avtomobili haqqında məlumat veriblər.
Daha sonra Rəcəb Tayyib Ərdoğan, müdafiə sənayesinə verdikləri töhfə üçün TÜMOSAN'a təşəkkür edib və uğurlar arzulayıb.

Mövzuya görə xəbərlər