Son dəqiqə

Türkiyə TÜMOSAN

TÜMOSAN forkliftləri yeni dizayn ilə Konya sərgisində nümayiş olunacaq

Bakı, TurkicWorld:

Türkiyənin Sənaye sektorunda öz sözünü demiş TÜMOSAN forkliftləri yeni dizayn ilə Konya sərgisində nümayiş olunacaq.

TurkicWorld-un məlumatına görə, bu barədə TÜMOSAN-dan bildirilib.

Yüksək daşıma qabiliyyəti ilə istifadə rahatlığını maksimum səviyyədə saxlayan TÜMOSAN, Türkiyə sənaye sektorunda yerli və milli istehsal gücü ilə də ön plana çıxır. Kənd təsərrüfatından tutmuş sənayeyə qədər hər sahədə zirvə bayrağını saxlayan TÜMOSAN yeni dizaynları ilə göz qamaşdırır.

Onu da qeyd edək ki, TÜMOSAN komandası Türkiyədə baş verən zəlzələ fəlakətinə biganə qalmayaraq bölgəyə 21 forklift göndərib. Eyni zamanda, yarmarka tanıtım maşınlarından birini səyyar mətbəxə çevirib və Qaziantep bölgəsində gündə üç min insana yemək paylayıb.

Mövzuya görə xəbərlər