Son dəqiqə

Türkiyə Albayrak Group

Türkiyədə zəlzələdən zərərçəkənlər Albayrak Qrupunun qurduğu konteyner şəhərlərdə məskunlaşmağa başlayıb

Bakı, TurkicWorld:

Türkiyədə zəlzələdən zərər çəkənlər Albayrak Qrupunun qurduğu konteyner şəhərlərdə məskunlaşmağa başlayıb.

TurkicWorld-un məlumatına görə, Türkiyənin 11 vilayətində baş verən zəlzələlərdən sonra Albayrak Qrupu zəlzələ bölgələrinə etdikləri yardımlarla zəlzələdən zərərçəkənlərin ehtiyaclarını qarşılamağa davam edir. Zəlzələdən zərərçəkənlər, Hatay və Qaziantepdə quraşdırılan konteynerlərə yerləşdirilməyə başlanıb.

"Konteyner şəhər layihələrində sağlam bir yaşayış sahəsi təmin etməklə yanaşı, rahatlığa üstünlük vermişik. Konteynerlər su, işıq, internet kimi infrastrukturlarla təmin olunub. Konteynerlərdə uşaq və gənclər emalatxanası, ibadət otağı və yeməkxana kimi fərqli məkanlar da var",- deyə Albayrak Qrupu tərəfindən bildirilib.

Qeyd edək ki, Türkiyənin zəlzələ bölgəsində tikilən konteyner evlərindən 27-si Albayrak Qrupu əməkdaşları tərəfindən toplanan ianələr hesabına təmin edilib. İndiyə qədər cəmi 150 milyon TL yardım dəstəyi verən Albayrak qrup zəlzələdən zərər çəkən bölgələrə dəstəyini davam etdirir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələlər nəticəsində ölənlərin sayı 49 mini keçib.

Mövzuya görə xəbərlər