Son dəqiqə

Azərbaycan İran KOBİA Şimali Kipr Türk Respublikası

Azərbaycan, İran və Şimali Kipr iş adamları arasında mövcud əlaqələr müzakirə olunub

Bakı. TurkicWorld:

Bakıda keçirilən İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) Direktorlar Şurasının 35-ci iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Şimali Kipr Türk Respublikasının Ticarət Palatasının prezidenti Turqay Dəniz və İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Hüseyn Səlahvarzi ilə görüşüb.

KOBİA-dan TurkicWorld-a bildirilib ki, görüşdə iş adamları arasında mövcud əlaqələrə və əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər