İyun ayında Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 2 milyona çatıb

İyun ayında Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 2 milyona çatıb

Bakı. TurkicWorld:

2023-cü ilin iyun ayında Türkiyənin Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 22 faiz artaraq, 1 milyon 812 min 539 nəfər olub.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, iyun ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 16 faiz artaraq 680 min 275 nəfər, beynəlxalq reyslər üzrə isə 26 faiz artaraq 1 milyon 132 min 264 nəfər təşkil edib.

Bu ilin iyun ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq 20 min 970 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin iyun ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 5 min 552 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 21 faiz dəyişərək, 15 min 419 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin iyun ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 17 min 733 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı dəyişməyərək 9 min 989, beynəlxalq reyslər üzrə isə 21 faiz artaraq 15 min 835 olub.

2023-cü ilin iyun ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 94 milyon 355 min 908 nəfər, yük dövriyyəsi isə 1 milyon 846 min 574 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.