Son dəqiqə

Azərbaycan Macarıstan Ələt Azad İqtisadi Zonası

Azərbaycan-Macarıstan zavodunun investisiya dəyəri məlum olub

Bakı. TurkicWorld:

İçkilər üçün alüminium qutuların istehsalı üzrə Azərbaycan-Macarıstan zavodunun investisiya dəyəri 211 milyon dollardır.

Bu barədə TurkicWorld-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Ələt Azad İqtisadi Zonası ərazisində qabaqcıl texnologiyalara əsaslanan qabaqcıl texnologiyalar əsasında illik istehsal gücü 700 milyon ədəd alüminium qutu olan zavodun tikintisi planlaşdırılır.

İlkin mərhələdə illik istehsal gücü 415 milyon alüminium içki qutusu olacaq. Layihə çərçivəsində 300-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, bu hadisə ilə əlaqədar iyulun 10-da “Azərbaycan İnvestisiya Holdinq” QSC ilə Macarıstanın “Hell Energy” şirkəti arasında müvafiq saziş imzalanıb.

Mövzuya görə xəbərlər