BP və SOCAR AÇG-də "dərin qaz" hasilatının parametrlərini müzakirə edir

BP və SOCAR AÇG-də "dərin qaz" hasilatının parametrlərini müzakirə edir

Bakı. TurkicWorld:

BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azəri-Çıraq-Günəşli" blokunda "dərin qaz" hasilatının texniki və kommersiya parametrlərini müzakirə edir.

TurkicWorld xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə bp-nin Yaxın Şərq və Xəzər Regionunda Kommunikasiyalar və Xarici Əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

"Qazma işləri prinsipcə başa çatıb, nəticələrin interpretasiyası faktiki olaraq yekunlaşıb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə hazırlıq, o cümlədən kommersiya və texniki məsələlərlə bağlı müzakirələr aparılır. İlin sonunadək məsələyə dair aydın təsəvvürümüz formalaşacaq", - o deyib.

Qeyd edək ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından "BP Exploration (Caspian Sea) Limited" şirkəti operatordur.

AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).