Son dəqiqə

Türkiyə Türkiyə limanları Samsun

Yanvar-may aylarında Samsun limanı mindən çox gəmi qəbul edib

Ankara. TurkicWorld:

2023-cü ilin yanvar-may aylarında Türkiyənin Samsun limanı 1 194 gəmi qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Samsun limanı Türkiyə bayrağı altında üzən 240, digər ölkələrin bayraqları altında üzən 954 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 5 min 559 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 1 674, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 885 olub.

2023-cü ilin yanvar-may aylarında Türkiyə limanları 23 min 175 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 16 min 388, Türkiyə bayrağı altında olan gəmilər isə 6 min 837 olub.

Mövzuya görə xəbərlər