Məşğulluq, əmək və sosial məsələlərə 7 milyard manata yaxın vəsait yönəldilib - Nazir

Məşğulluq, əmək və sosial məsələlərə 7 milyard manata yaxın vəsait yönəldilib - Nazir

Bakı. TurkicWorld:

İllik 7 milyard manata yaxın vəsait məşğulluq, əmək və sosial məsələlərə yönəldilib.

TurkicWorld-un məlumatına görə, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "İnsan Resursları Zirvəsi 2023" tədbirinin açılış mərasimində deyib.

“Özünüməşğulluq çərçivəsində 62 min biznes qurulub. Azərbaycan iqtisadiyyatı dinamik şəkildə inkişaf edir. Məşğulluq həm də iqtisadiyyatla təhsil sistemi arasında bir körpüdür. Biz insan resursları ilə əmək bazarı arasında vəhdəti tapmalıyıq”,- deyə nazir əlavə edib.