May ayında Muğla Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı artıb

May ayında Muğla Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı artıb

Bakı. TurkicWorld:

2023-cü ilin may ayında Türkiyənin Muğla Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 25 faiz artaraq, 1 milyon 63 min 148 nəfər olub.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumata görə, may ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 16 faiz artaraq 464 min 440 nəfər, beynəlxalq reyslər üzrə isə 34 faiz artaraq 598 min 708 nəfər təşkil edib.

Bu ilin may ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 11 min 624 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin may ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 3 min 589 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 28 faiz artaraq, 8 min 34 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin may ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 11 min 438 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 2 faiz artaraq 7 min 140, beynəlxalq reyslər üzrə isə 26 faiz artaraq 4 min 298 olub.

2023-cü ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 73 milyon 375 min 694 nəfər, yük dövriyyəsi isə 1 milyon 462 min 622 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.