Yanvar-may aylarında Türkiyənin polad məhsulları ixracı 6 milyard dollara bərabər olub

Yanvar-may aylarında Türkiyənin polad məhsulları ixracı 6 milyard dollara bərabər olub

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-may aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 38,4 faiz azalaraq, 5,9 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin may ayında Türkiyə 1,3 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 34,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2022-may 2023) Türkiyə 317,4 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.