Yanvar-may aylarında Türkiyənin kimyəvi maddə ixracı 12 milyard dolları ötüb

Yanvar-may aylarında Türkiyənin kimyəvi maddə ixracı 12 milyard dolları ötüb

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-may aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz azalaraq, 12,3 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin may ayında Türkiyə 2,5 milyon dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 12 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2022-may 2023) Türkiyə 32,1 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.