Yanvar-may aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı artıb

Yanvar-may aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı artıb

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-may aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artaraq, 14,3 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin may ayında Türkiyə 3 milyon dollar məbləğində avtomovil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 32 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2022-may 2023) Türkiyə 32,8 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.