Aprel ayında Türkiyənin İƏT-ə üzv olan ölkələrə ixracı 4 milyard dollardan çox artıb

Aprel ayında Türkiyənin İƏT-ə üzv olan ölkələrə ixracı 4 milyard dollardan çox artıb

Bakı. TurkicWorld:

2023-cü ilin aprel ayında Türkiyənin İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrə (İƏT) ixracı 2022-ci ilin eyni ayı ilə müqayisədə 14,3 faiz azalaraq 4,7 milyard dollar olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar–aprel ayında, Türkiyənin İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrə ixracı, keçən ilin analoji dövri ilə müqasisədə, 6,8 faiz azalaraq, 19,5 milyard dollar olub.

“Bu ilin aprel ayında Türkiyənin İƏT-ə üzv ölkələrə idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16,1 faiz artaraq 3,8 milyard dollar təşkil edib” –deyə nazirlikdən bildiriblər.

2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin İƏT-ə üzv ölkələrdən idxalı keçən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq 13,4 milyard dollar təşkil edib.

Qeyd olunub ki, 2023-cü ilin aprel ayında Türkiyənin xarici ticarət dövriyyəsi azalaraq 47 milyard 440 milyon dollara bərabər olub.

Nazirlikdən qeyd edilib ki, Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz azalaraq 19 milyard 331 milyon dollara, idxalı isə 4,8 faiz zalaraq 28 milyard 69 milyon dollara çatıb.

Bu ilin yanvar-aprel ayında Türkiyənin xarici ticarət dövriyyəsi 205 milyar 187 milyon dollar təşkil edib.

Məlumata əsasən, bu ilin birinci rübündə, Türkiyənin xaricə ixracatı keçən ilin eyni rübü ilə müqayisədə 3 faiz azalaraq 80 milyard 869 milyon dollar, idxalı isə eyni dövrlə müqayisədə 7,1 faiz artaraq 124 milyard 318 milyon dollar təşkil edib.