Aprel ayında Türkiyənin xarici ticarət dövriyyəsi 47 milyard dolları ötüb (ÖZƏL)

Aprel ayında Türkiyənin xarici ticarət dövriyyəsi 47 milyard dolları ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin aprel ayında Türkiyənin xarici ticarət dövriyyəsi azalaraq 47 milyard 440 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Ticarət nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd edilib ki, Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz azalaraq 19 milyard 331 milyon dollara, idxalı isə 4,8 faiz zalaraq 28 milyard 69 milyon dollara çatıb.

“Bu ilin yanvar-aprel ayında Türkiyənin xarici ticarət dövriyyəsi 205 milyar 187 milyon dollar təşkil edib”, – deyə nazirlikdən bildirilib.

Məlumata əsasən,bu ilin birinci rübündə, Türkiyənin xaricə ixracatı keçən ilin eyni rübü ilə müqayisədə 3 faiz azalaraq 80 milyard 869 milyon dollar, idxalı isə eyni dövrlə müqayisədə 7,1 faiz artaraq 124 milyard 318 milyon dollar təşkil edib.