Son dəqiqə

Azərbaycan SOCAR Rövşən Nəcəf

SOCAR ilə “Boston Consulting Group” arasında əməkdaşlıq müzakirə edilib

Bakı. TurkicWorld:

30 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "Boston Consulting Group" şirkətinin (BCG) idarəedici direktoru və baş tərəfdaşı Pattabi Seşadri ilə görüşüb.

Görüşdə SOCAR ilə BCG şirkəti arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, BCG tərəfindən həyata keçirilən layihələr, o cümlədən rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlər haqqında məlumat verilib.

Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli korporativ strategiyasından bəhs edilib, bu xüsusda müəssisələrdə rəqəmsal və innovativ texnologiyaların tətbiqinin prioritet istiqamətlər olaraq müəyyənləşdirildiyi diqqətə çatdırılıb.

Görüşdə, həmçinin enerji keçidi, dekorbanizasiya və rəqəmsallaşma sahələrində mövcud və potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər