Azərbaycanın Ermənistana yaşıl enerji dəhlizinin yaradılması təklifi Cənubi Qafqazda əməkdaşlığın qurulmasına və genişləndirilməsinə xidmət edir – Vüqar Bayramov (ÖZƏL)

Azərbaycanın Ermənistana yaşıl enerji dəhlizinin yaradılması təklifi Cənubi Qafqazda əməkdaşlığın qurulmasına və genişləndirilməsinə xidmət edir – Vüqar Bayramov (ÖZƏL)

Bakı, TurkicWorld:

Azərbaycanın Ermənistana birgə yaşıl enerji dəhlizinin yaradılması ilə bağlı təklifi bütövlükdə Cənubi Qafqazda əməkdaşlığın qurulmasına və genişləndirilməsinə xidmət edir, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

“Azərbaycan Qafqazda sülhün formalaşmasına və bütövlükdə inkişafına dəstək verən ölkədir. Azərbaycan müharibədə deyil, sülh danışıqlarında maraqlıdır. Amma təbii ki, Azərbaycan istənilən təhdidə cavab vermək gücündə olan dövlətdir”, - deyə V.Bayramov bildirib.

Millət vəkilinin sözlərinə görə, yaşıl enerji ilə bağlı Ermənistana təklif edilən əməkdaşlıq Azərbaycanın fərqli yollarla öz yaşıl enerjisini Avropa bazarlarına çıxarmasını özündə ehtiva edir.

“Bu, təbii ki, Azərbaycanın Gürcüstan və Qara dəniz vasitəsilə yaşıl enerji ixracatını arxa plana keçirəcəyi anlamına gəlmir, əskinə, Azərbaycan fərqli istiqamətlərdə enerji ixracatını həyata keçirmək niyyətindədir. Şərqi Zəngəzur və Qarabağın bu baxımdan böyük potensialı olduğunu nəzərə alsaq, yeni dəhliz Azərbaycanın həm də Zəngəzur dəhlizindən enerjinin ixracı üçün istifadə edə bilməsinə imkan yaradacaq. Yeni yaradılacaq yaşıl enerji dəhlizi bir tərəfdən regionda yeni əməkdaşlıq modelinin qurulmasına dəstək olacaq, digər tərəfdən Azərbaycanın, xüsusilə Qarabağ və Şərqi Zəngəzurun ixrac imkanlarını artıracaq. Azərbaycan artıq Avropa bazarlarına yalnız ənənəvi enerji israrı ilə deyil, həm də öz innovativ yaşıl enerji kimi daha yeni məhsulları ilə çıxmış olacaq”, - deyə o qeyd edib.

Ləman Əsədli

lamanasadli01