Yanvar-aprel aylarında Albaniyadan Türk limanlarına 300 min tondan çox yük daşınıb

Yanvar-aprel aylarında Albaniyadan Türk limanlarına 300 min tondan çox yük daşınıb

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-aprel aylarında Albaniyadan Türk limanlarına 328 min 816 ton yük daşınıb.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Albaniyadan limanlara 21 min 360 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 261 min 900 ton yük çatdırıb.

Bu müddət ərzində Albaniya bayraqlı gəmilərlə Türkiyə limanlarına 45 min 556 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-aprel aylarında Türkiyə limanlarına Albaniyadan heç bir tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin aprel ayında Türkiyə limanları 33 milyon 600 min 55 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 391 min 265 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 31 milyon 208 min 790 ton olu.

Bununla yanaşı, 2023-cü ilin aprel ayında Türkiyə limanlarından 5 milyon 133 min 363 ton transit yük daşınıb.

2023-cü ilin yanvar-aprel aylarında Türkiyə limanları 125 milyon 204 min 849 ton yük qəbul edib.

2023-cü ilin yanvar-aprel aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 8 milyon 865 min 787 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 116 milyon 339 min 62 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-aprel aylarında Türkiyə limanlarından 23 milyon 437 min 983 ton transit yük daşınıb.