Son dəqiqə

Türkiyə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi gübrə məhsulları

Yanvar-aprel ayında Türkiyə limanları 2 milyon tondan çox gübrə çeşidləri qəbul edib

Ankara. TurkicWorld:

2023-cü ilin yanvar-aprel ayında Türkiyə limanları 2 milyon 497 min 251 ton gübrə çeşidləri qəbul edib. Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili gübrə çeşidləri qəbulu 56 min 850 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə gübrə çeşidləri daşınması 2 milyon 440 min 401 ton olub”, - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2023-cü ilin yanvar-aprel ayında Türkiyə limanlarından transit yolu ilə 32 min 408 ton gübrə çeşidləri daşınıb.

Qeyd edək ki, 2023-cü ilin aprel ayında Türkiyə limanları 33 milyon 600 min 55 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 391 min 265 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 31 milyon 208 min 790 ton olu.

Bununla yanaşı, 2023-cü ilin aprel ayında Türkiyə limanlarından 5 milyon 133 min 363 ton transit yük daşınıb.

2023-cü ilin yanvar-aprel aylarında Türkiyə limanları 125 milyon 204 min 849 ton yük qəbul edib.

2023-cü ilin yanvar-aprel aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 8 milyon 865 min 787 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 116 milyon 339 min 62 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-aprel aylarında Türkiyə limanlarından 23 milyon 437 min 983 ton transit yük daşınıb.

Mövzuya görə xəbərlər