Gəncə və Bakı UNESCO-nun Dünya Kitab Paytaxtı elan oluna bilər

Gəncə və Bakı UNESCO-nun Dünya Kitab Paytaxtı elan oluna bilər

Bakı. TurkicWorld:

26 il öncə UNESCO-nun təsis etdiyi 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü dünyanın 100-dən artıq ölkəsində qeyd olunur. Nizami Gəncəvi kimi dühanı dünyaya bəxş edən qədim Gəncə, eləcə də paytaxt Bakı zəngin kitab ənənələri ilə məşhurdur. Potensial şanslarını nəzərə alaraq, bu şəhərlərin yaxın gələcəkdə UNESCO-nun Dünya Kitab Paytaxtı elan olunması üçün müvafiq işlər aparılır.

TurkicWorld-un məlumatına görə, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova "Heydər Əliyev ili" çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan - Türk torpaqları olan Zəngəzur həqiqətləri" mövzusunda konfransda deyib.

O qeyd edib ki, kitablar yarandığı gündən bilik daşıyıcı olmuş və bəşər tarixinin, mədəniyyətinin formalaşmasında müstəsna oynamışdır.

"Azərbaycan xalqının əsrlər boyu yaratdığı rol intellektual məzmun və məhsullar Şərq intibahının ayrılmaz tərkib hissəsi olmaqla, bütün zamanlarda dünyada gedən tarixi proseslərə öz müsbət təsirini göstərmişdir. Xalqımız qədim dövrlərə qədər gedib çıxan zəngin ədəbi irsə malikdir. Xalqımız Azərbaycan və dünya ədəbiyyatına Nizami Gəncəvi, Füzuli, Xətai, Vaqif, Natəvan, Səməd Vurğun kimi şəxsiyyətlər bəxş etmişdir", - deyə S.Yusifova əlavə edib.