Son dəqiqə

UNESCO Mədəniyyət Nazirliyi Adil Kərimli

Mədəniyyət naziri UNESCO İcariyyə Şurasının sədri ilə görüşüb

BAKI,TurkicWorld

İyunun 16-da Paris şəhərində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli UNESCO İcraiyyə Şurasının sədri, Qətərin UNESCO yanında daimi nümayəndəsi doktor Nasser bin Həməd Al Hinzab ilə görüşüb.

TurkicWorld xəbər verir ki, görüşdə UNESCO çərçivəsində çoxtərəfli əməkdaşlıq, mədəni irsin qorunması, mədəniyyətlərarası dialoq və beynəlxalq humanitar təşəbbüslərlə bağlı məsələlər müzakirə olunub.

Nazir Adil Kərimli Azərbaycanın UNESCO ilə əməkdaşlığa verdiyi önəmi vurğulayaraq ölkəmizin təşkilatın fəaliyyətinə verdiyi töhfələrdən bəhs edib.

Tərəflər UNESCO platformasında qarşılıqlı maraq doğuran təşəbbüslər, üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi və mədəniyyətin beynəlxalq əməkdaşlığın inkişafındakı rolu barədə fikir mübadiləsi aparıblar.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri ətrafında da müzakirələr aparılıb.

Mövzuya görə xəbərlər