Son dəqiqə

Azərbaycan Qərbi Azərbaycan İcması Əziz Ələkbərli Beynəlxalq Muğam Mərkəzi

Beynəlxalq Muğam Mərkəzində “İrəvan” ansamblının konserti keçirildi

BAKI,TurkicWorld

Beynəlxalq Muğam Mərkəzində “İrəvan” Xalq Çalğı Alətləri Ansamblının konsert proqramı təqdim olunub.

TurkicWorld xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması (QAİ) məlumat yayıb.

9 aprel 2026-cı il tarixində keçirilən tədbir zəngin musiqi proqramı və yüksək bədii ovqatı ilə seçilib. Tədbiri açan ansamblın bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru Maya Qafarova kollektivin yaranma tarixindən bəhs edib və təşəbbüsə göstərilən dəstəyə görə Qərbi Azərbaycan İcmasının rəhbərliyinə təşəkkürünü bildirib.

Məlumata əsasən, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli çıxışında milli mədəni irsin qorunmasının əhəmiyyətini vurğulayıb və bu irsin gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib. O, ansamblın fəaliyyətini yüksək qiymətləndirərək Maya Qafarovanı fəxri fərmanla təltif edib.

Bildirilib ki, tədbirdə çıxış edən digər rəsmi şəxslər də milli musiqinin tarixi yaddaşın qorunmasında mühüm rol oynadığını diqqətə çatdırıblar.

Rəsmi hissədən sonra konsert proqramı təqdim olunub. Proqram çərçivəsində Qərbi Azərbaycan ədəbi mühitinə aid sözlərə bəstələnmiş mahnılar səsləndirilib, muğam və xalq musiqisi nümunələri ifa olunub.

Qeyd olunub ki, konsertdə tanınmış ifaçılar və muğam müsabiqələrinin laureatları çıxış edərək tamaşaçılara zəngin musiqi proqramı təqdim ediblər. Gecə boyu səslənən ifalar dinləyicilərə emosional anlar yaşadaraq milli-mənəvi dəyərlərə bağlılıq hisslərini gücləndirib.

Mövzuya görə xəbərlər