Dövlət Uşaq Filarmoniyası Horadiz şəhərində konsert proqramı ilə çıxış edib

Dövlət Uşaq Filarmoniyası Horadiz şəhərində konsert proqramı ilə çıxış edib

Bakı. TurkicWorld:

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Heydər Əliyev İli" çərçivəsində keçirilən sayca dördüncü konserti Füzuli rayon, Horadiz şəhər Muğam mərkəzində baş tutub.

TurkicWorld xəbər verir ki, konsertdə Füzuli rayon İcra Hakimiyyətinin nümayəndələri, Füzuli rayon Təhsil sektorunun müdiri Ramella Məmmədova, Füzuli rayon orta təhsil və musiqi məktəblərinin direktorları, Əməkdar İncəsənət Xadimi Dilarə Əliyeva, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı iştirak edib.

Dövlət Uşaq Filarmoniyasının bir-birindən maraqlı, zəngin çıxışları konsertə gələnlərin böyük marağına səbəb olub. Hər zaman olduğu kimi bu dəfə də konsert təntənəli, aramsız alqışlarla sona çatıb. Konsertin sonunda Faiq Xudanlı Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivinə, başda Dilarə Əliyeva olmaqla belə gözəl konsert proqramına görə minnətdarlığını bildirib.

Konsertdən sonra tədbirdə iştirak edən uşaqlar üçün Heydər Əliyev mərkəzində ekskursiya təşkil olunub, onlar Muğam Mərkəzinin parkında gəzib, Tarix-Diyarşunaslıq muzeyində olan eksponatlarla tanış olublar. Uşaqların hər biri özləri üçün maraqlı, yaddaqalan, xoş xatirələrlə səfərlərini tamamlayıblar.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az