Son dəqiqə

İqtisadiyyat Nazirliyi

İqtisadiyyat Nazirliyində “Haimaker” şirkətinin baş icraçı direktoru ilə görüş keçirilib

Bakı. TurkicWorld

Azərbaycanda süni intellekt infrastrukturunun yaradılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.

TurkicWorld xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov “Haimaker” şirkətinin baş icraçı direktoru Su Le ilə görüşüb.

Görüşdə Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib. Ölkəmizdə süni intellekt infrastrukturunun yaradılması imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bu istiqamətdə strateji təkliflər, o cümlədən Ələt azad iqtisadi zonasında data mərkəzin yaradılması və bulud platformasının formalaşdırılması məsələləri müzakirə edilib.

Tərəflər əməkdaşlığın hüquqi əsaslarının təşkili, qabaqcıl texnologiyaların transferi və rəqəmsal ekosistemin inkişafına yönəlmiş birgə təşəbbüslərin həyata keçirilməsi perspektivlərini nəzərdən keçiriblər.

Mövzuya görə xəbərlər