Son dəqiqə

Azərbaycan Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyənin ixracatı Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) avtomobil ixracı İxracat İxrac və avtomobil bazarı

Yanvar ayında Türkiyədən Azərbaycana avtomobil ixracı 4 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-ci ilin yanvar ayında Türkiyədən Azərbaycana avtomobil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 27,4 faiz azalaraq, 4 milyon 595 min 55 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, 2026-ci ilin yanvar ayında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz artaraq, 3 milyard 61 milyon 673 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 41 milyard 584 milyon 298 min dollar məbləğində avtomobil ixrac edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq, 41 milyard 521 milyon 96 min dollara bərabər olub.

Mövzuya görə xəbərlər