Son dəqiqə

Qırğızıstan Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi elektrik avadanlıqları Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Qırğızıstana ixrac 2025 Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Keçən il Türkiyədən Qırğızıstana elektrik avadanlıqları ixracı 56 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Qırğızıstana elektrik avadanlıqları ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azalaraq, 56 milyon 739 min 25 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin dekabr ayında Qırğızıstana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 29,4 faiz azalaraq, 4 milyon 964 min 17 dollara çatdırıb.

Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq, 17 milyard 731 milyon 750 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 1 milyard 730 milyon 868 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 17,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 17 milyard 731 milyon 750 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Mövzuya görə xəbərlər