BAKI, TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Fransaya elektrik avadanlıqları ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz artaraq, 766 milyon 419 min 71 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin dekabr ayında Fransaya elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,5 faiz artaraq, 61 milyon 457 min 58 dollara çatdırıb.
Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq, 17 milyard 731 milyon 750 min dollara bərabər olub.
“Keçən ilin dekabr ayında Türkiyə 1 milyard 730 milyon 868 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 17,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 17 milyard 731 milyon 750 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.







