BAKI, TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz artaraq, 94 milyon 950 min 33 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin dekabr ayında Azərbaycana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,8 faiz artaraq, 12 milyon 262 min dollara çatdırıb.
Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq, 41 milyard 521 milyon 96 min dollara bərabər olub.
“Keçən ilin dekabr ayında Türkiyə 3 milyard 760 milyon 666 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 41 milyard 521 milyon 96 min dollar məbləğində avtomobil ixrac edib.







