Son dəqiqə

Azərbaycan Türkiyə İxracatçılar Məclisi hazır geyim Türkiyənin ixracatı Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Keçən il Türkiyədən Azərbaycana hazır geyim ixracı 53 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,1 faiz azalaraq, 53 milyon 974 min 46 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin dekabr ayında Azərbaycana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,1 faiz azalaraq, 4 milyon 308 min 58 dollara çatdırıb.

Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq, 16 milyard 773 milyon 432 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 1 milyard 271 milyon 981 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 16 milyard 773 milyon 432 min dollar məbləğində hazır geyim ixrac edib.

Mövzuya görə xəbərlər