Son dəqiqə

Azərbaycan Ermənistan Rusiya

25 vaqon Rusiya taxılı Azərbaycandan keçməklə Ermənistana göndərildi

BAKI, TurkicWorld

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti taxıl yüklü vaqonlar göndərilib.

TurkicWorld-un məlumatına görə, bu gün Azərbaycan ərazisindən keçməklə ümumi çəkisi 1 746 ton olan 25 ədəd taxıl vaqonu Ermənistan Respublikasına yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan vasitəsilə tranzit keçməklə ümumilikdə 285 taxıl vaqonu (təxminən 19 900 ton) göndərilib.

Mövzuya görə xəbərlər