BAKI, TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar- noyabr ayında Türkiyədə BƏƏ kapitalı ilə 83 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24 şirkət azdır.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan BƏƏ şirkətlərinin məcmu kapitalı 318 milyon 100 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 41 milyon 110 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - noyabr ayında BƏƏ şirkətlərinin əksəriyyəti İstanbulda (67) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən BƏƏ şirkətlərinin ümumi kapitalı 298 milyon 650 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2025-cü ilin yanvar - noyabr ayında Türkiyədə BƏƏ kapitalı ilə 25 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.




