Son dəqiqə

Türkmənistan Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi kimyəvi maddə Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən Türkmənistana kimyəvi maddə ixracı 166 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Türkmənistana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq, 166 milyon 18 min 25 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin noyabr ayında Türkmənistana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,6 faiz azalaraq, 12 milyon 704 min 75 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq, 29 milyard 318 milyon 24 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 2 milyar 367 milyon 197 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 6 faiz azalaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 31 milyard 974 milyon 542 min dollar məbləğində kimyəvi maddə ixrac edib.

Mövzuya görə xəbərlər