BAKI, TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qətərə sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 36,9 faiz azalaraq, 6 milyon 999 min 35 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin noyabr ayında Qətərə sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz azalaraq, 580 min 63 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq, 4 milyard 116 milyon 432 min dollara bərabər olub.
“Bu ilin noyabr ayında Türkiyə 361 milyon 707 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 4,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 4 milyard 456 milyon 5 min dollar məbləğində sement ixrac edib.







