Son dəqiqə

İraq Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi polad Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə polad ixracı 2025 Türkiyənin dünya bazarlarına polad satışı 2024 və 2025 polad ixrac müqayisəsi Türkiyə polad ixrac həcmi Türkiyə polad ixrac statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən İraqa polad ixracı 405 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin avqust ayında İraqa polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 34,9 faiz azalaraq, 38 milyon 360 min 82 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən İraqa polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz azalaraq, 405 milyon 680 min 52 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 artaraq, 10 milyard 984 milyon 379 min dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 1 milyard 386 milyon 471 min dollar məbləğində poladixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 1,3 faiz azalaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 16 milyard 384 milyon 31 min dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər