Son dəqiqə

Dövlət Statistika Komitəsi polad Statistika polad istehsalı 2024 və 2025 polad ixrac müqayisəsi Polad və alüminium tarifləri

Azərbaycanda polad tökmə və armatur üzrə istehsal həcmi açıqlanıb

BAKI, TurkicWorld

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 145,6 min ton polad tökmə istehsal edilib.

Bu barədə TurkicWorld Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 39,6 min ton və ya 21,4% azdır.

Bu ilin iyulun 1-nə ölkədə hazır məhsul ehtiyatı 8,1 min ton təşkil edib.

Eyni zamanda, 2025-ci ilin ilk 6 ayında Azərbaycanda 172,7 min ton armatur istehsal edilib ki, bu da illik müqayisədə 22,3 min ton və ya 11,4% azalma deməkdir.

Cari ilin iyulun 1-nə ölkədə hazır məhsul ehtiyatı 35,5 min ton təşkil edib.

Qeyd edək ki, Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-iyun aylarında 594,7 milyon manatlıq məhsul istehsal olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazır metal məmulatlarının istehsalı sahəsində 3,6%, metallurgiya sənayesi məhsullarının istehsalında isə 12,4% azalma müşahidə olunub.

Mövzuya görə xəbərlər