Azərbaycan Naxçıvan Türkiyə Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Gürcüstan Bolqarıstan Azərenerji Alparslan Bayraktar yaşıl enerji dəhlizi Türkiyənin Elektrik Ötürülməsi Anonim Şirkəti (TEİAŞ)

“Azərenerji” ilə Türkiyənin Elektrik Ötürülməsi Anonim Şirkəti arasında Əməliyyat Müqaviləsi imzalanıb

Bakı, TurkicWorld

"Azərenerji" ASC ilə Türkiyənin Elektrik Ötürülməsi Anonim Şirkəti (TEİAŞ) arasında Əməliyyat Müqaviləsi imzalanıb.

TurkicWorld xəbər verir ki bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabına paylaşım edib.

"Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə birgə strateji əhəmiyyətli enerji təhlükəsizliyi layihələri üzrə əməkdaşlığımızı dəyərləndirdik. Cənub Qaz Dəhlizi, Naxçıvan - Türkiyə Enerji Transmissiyası və Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan Yaşıl Enerji Dəhlizi layihələrinin inkişafı ilə bağlı məsələləri müzakirə etdik. Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixrac imkanlarını artırmaq məqsədilə "Azərenerji" ASC ilə Türkiyənin Elektrik Ötürülməsi Anonim Şirkəti (TEİAŞ) arasında Əməliyyat Müqaviləsi imzalandı", - deyə paylaşımda qeyd edilib.

Mövzuya görə xəbərlər