Son dəqiqə

Türkiyə Rəşad Cabirli TBMM MÜSİAD Azərbaycan

MÜSİAD Azərbaycanla TBMM üzvləri arasında görüş keçirilib

Bakı. TurkicWorld:

MÜSİAD Azərbaycanla Türkiyə Böyük Millət Məclisi (TBMM) üzvləri arasında görüş keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli X sosial şəbəkə hesabında bildirib.

Məlumata əsasən, görüş çərçivəsində Nevşehir və Bursa şəhərlərində fəaliyyət göstərən sahibkarla əməkdaşlıq imkanları müzakirə edilib.

“İdarə Heyəti üzvlərimizlə birlikdə Türkiyə Böyük Millət Məclisi (TBMM) Nevşehir Millət Vəkili, Milliyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini xanım Filiz Kılıç, Bursa Millət Vəkili, Türkiyə-Özbəkistan Parlamentlərarası dostluq qrupunun rəhbəri cənab Osman Mesten, Türkiyə Səfirliyi Müdafiə Nazirliyinin müşaviri cənab İlker Türközlə ofisimizdə görüşdük. Hörmətli Millət Vəkillərimizə, dəyərli müşavirimizə ziyarətlərindən məmnunluğumuzu ifadə edir, təşəkkürümüzü bildiririk”, - deyə R.Cabirli vurğulayıb.

Mövzuya görə xəbərlər