MÜSİAD - 2024 EXPO İstanbulda keçiriləcək

MÜSİAD - 2024 EXPO İstanbulda keçiriləcək

Bakı. TurkicWorld:

MÜSİAD - 2024 EXPO önümüzdəki il İstanbulda keçiriləcək.

TurkicWorld-un məlumatına görə bunu MÜSİAD Azərbaycanın sədri Rəşad Cabirli Qida və Kənd Təsərrüfatı Forumunun açılışı zamanı bildirib.

O qeyd edib ki, tədbir gələn ilin noyabr ayının 13-14 tarixlərində keçiriləcək.

Xatırladaq ki, bugün Bakıda MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə Qida və Kənd Təsərrüfatı Forumunun açılış mərasimi keçirilib.

Əlavə olaraq bildirək ki, TurkicWorld (Türk Dünyası) media platforması Forumunun rəsmi media tərəfdaşı seçilib.