TurkicWorld (Türk Dünyası) media paltforması Qida və Kənd Təsərrüfatı Forumunun rəsmi media tərəfdaşı seçilib

TurkicWorld (Türk Dünyası) media paltforması Qida və Kənd Təsərrüfatı Forumunun rəsmi media tərəfdaşı seçilib

Bakı. TurkicWorld:

TurkicWorld (Türk Dünyası) media platforması Bakıda MÜSİAD Azərbaycan tərəfindən keçiriləcək Qida və Kənd Təsərrüfatı Forumunun rəsmi media tərəfdaşı seçilib.

Bakıda 13-14 dekabr tarixlərində keçiriləcək forumda Türkiyədən 50-ə yaxın iş insanını Azərbaycanda fəaliyyət sahələrinə uyğun sahibkarlarla görüşdürüb, bu sektorda ölkəyə investisiya imkanlarını artıracaqlar.

Qeyd edək ki, "Türk Dünyası" (Turkic.World) media platforması 2021-ci ildə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dəstəyi ilə, Trend BİA və Türkyənin "Albayrak" Media Qrupunun əməkdaşlığı nəticəsində fəaliyyətə başlayıb. "Türk Dünyası" (Turkic.World) media platforması 2021-cil ildə İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunmaqla yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumunun (International Business Forum (IBF)) rəsmi media tərəfdaşı olub. Eyni zamanda "Turkic.World" "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşıdır. Bununla yanaşı "Turkic.World" media layihəsi İstanbul Ticarət Universiteti, Azərbaycan İlahiyyat İnstitutu və Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfi (İHH) ilə də tərəfdaşlıq memorandumu imzalayıb.

Xatırladaq ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var. Bu il MÜSİAD 33 yaşını qeyd edib.