Son dəqiqə

Azərbaycan

Azərbaycanda yeni ekosistemin yaradılması inkişafa və yeni innovasiyaların meydana gəlməsinə səbəb olur - Fərid Məmmədov

Bakı. TurkicWorld:

Azərbaycanda yeni ekosistemin yaradılması inkişafa və yeni innovasiyaların meydana gəlməsinə səbəb olur.

TurkicWorld xəbər verir ki, bunu "PASHA Holding"in baş direktorunun müavini Fərid Məmmədov Bakıda keçirilən "InMerge" İnnovasiya Sammitində deyib.

"Ekosistemi bu cür müəyyən edirik: bizim üçün bu, müştərilərimizin ekosistemimiz daxilində inteqrə olunmuş və rahat səyahətlərdən zövq almasına imkan verən mühit, məhsul, platforma və servislərdir. Bu səyahətlər xüsusən marketpleys kontekstində misal üçün, bonuslar və ya daha aşağı qiymətlər formasında əlavə dəyər kəsb edir", - deyə o, qeyd edib.

Direktor müavininin sözlərinə görə, "PASHA Holding" həmçinin öz ekosisteminin inkişafına diqqət yetirir.

"Bu istiqamətdə təcrübəmiz ən böyük yerli bazarı yaratmağımıza və uğurlu "FinTech" pul qabını işə salmağa yardım edib. Bu təkcə, qlobal innovasiyalar deyil, həm də yerli bazarımız üçün unikal həllərdir. Bu həmçinin, ekosistemə yeni tərəfdaşlar cəlb etməyimizə imkan verib. Misal üçün, bu yaxında "Trendyol" ilə başlatdığımız tərəfdaşlığı aktiv şəkildə inkişaf etdiririk", - deyə o əlavə edib.

Qeyd edək ki, "InMerge" İnnovasiya Sammiti 30 noyabr - 1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində keçirilir.

Regionda innovasiyalar üzrə ən böyük sammit hesab edilən "InMerge Innovation Summit" innovasiyaları və mümkün əməkdaşlıqları müzakirə etmələri üçün regionun aparıcı şirkətləri, startaplar, eləcə də investorları bir araya gətirmək məqsədi daşıyır.

Mövzuya görə xəbərlər