Azərbaycanda Qida və Kənd Təsərrüfatı forumu keçiriləcək - Rəşad Cabirli

Azərbaycanda Qida və Kənd Təsərrüfatı forumu keçiriləcək - Rəşad Cabirli

Bakı. TurkicWorld:

Bakıda MÜSİAD Azərbaycan tərəfindən Qida və Kənd Təsərrüfatı Forumu keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli bu gün Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin Gebze şəhərinin Ticarət Palatasının tədbirində bildirib.

O qeyd edib ki , forum bu il 13-14 dekabr tarixlərində keçiriləcək.

Cabirli onu da əlavə edib ki , "Qida və Kənd Təsərrüfatı Forumu" çərçivəsində Türkiyədən 50-ə yaxın iş insanını Azərbaycanda fəaliyyət sahələrinə uyğun sahibkarlarla görüşdürüb və bu sektorda ölkəyə investisiya imkanlarını artıracayıq.

“MÜSİAD Bakı filialımız 2018-ci ilin əvvəlindən etibarən aktiv fəaliyyətə başlamışdır. Azərbaycanda hal-hazırda 83 üzvü olan və üzvlərinin sayı artmaqda olan MÜSİAD Azərbaycan, Azərbaycan Respublikasının bir sıra dövlət və qeyri-dövlət qurumları ilə faydalı əməkdaşlıq etməkdədir. Azərbaycana gələn iş insanları buranı 10 milyonluq bir ölkə olaraq deyil, 300 milyonluq böyük bir coğrafiyaya çıxış qapısı olaraq görsünlər”, -deyə o bildirib.

Qeyd edək ki,Bakıda Gebze Ticaret Palatasının İdarə Heyətinin sədri Abdurrahman Aslantaş, ATİB İdarə Heyətinin sədri Cemal Yangın, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, Tükiyədən olan millət vəkilləri və digər rəsmilər iştirak ilə tədbir keçirilib. 45 nəfərlik bir heyətlə gəldiklərini bildirən Aslantaş Gebze haqqında tədbir iştirakçılarına məlumat verib.

Xatırladaq ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var. Bu il MÜSİAD 33 yaşını qeyd edib.