Gəncədə dəmiryolu mütəxəssisləri hazırlayan tədris mərkəzi açılacaq

Gəncədə dəmiryolu mütəxəssisləri hazırlayan tədris mərkəzi açılacaq

Bakı. TurkicWorld:

Gələn il Gəncədə Fransanın "Alstom" şirkətinin tədris mərkəzinin açılması planlaşdırılır.

TurkicWorld bazar günü xəbər verir ki, bunu şirkətin Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan üzrə icraçı direktoru Elşən Zeynalov "Alstom"un tədris mərkəzinin (dəmiryolu sahəsində mütəxəssislər hazırlayan mərkəz) diplomlarının təqdim olunma mərasimində deyib.

Onun sözlərinə görə, dəmiryolu sahəsi bütün ölkələrin iqtisadiyyatlarının təkanverici qüvvəsidir.

"Dəmir yolu sahəsi uzun illər üzrə perspektivlərə malikdir və əminik ki, tələbələrimiz Azərbaycanın dəmir yollarının və bütünlükdə nəqliyyat sektorunun inkişafına böyük töhfə verəcək", - deyə E.Zeynalov əlavə edib.