Bakı. TurkicWorld:
ABŞ-ın avtomobil şirkəti "Tesla" Çindən bir milyondan çox avtomobilini geri çağırıb.
TurkicWorld-un məlumatına görə, onun Çindəki demək olar ki, bütün modellərini geri çağırmasına Çin Dövlət Bazarı Tənzimləmə Administrasiyasının şikayəti səbəb olub.
Administrasiyaya görə, 2019-cu ilin yanvarından 2023-cü ilin aprelinə qədər ölkədə satılan təxminən 1,1 milyon elektrik avtomobilinin əyləc sistemində problem var.
Rəhbərlik bildirib ki, istifadəçilər ayaqlarını pedaldan götürdükdən sonra mövcud əyləc sistemi düzgün işləmir, avtomobil isə qəfil sürət zamanı istifadəçilərə xəbərdarlıq etmir.
"Tesla" baş verənlərdən sonra geri çağırdığı 1,1 milyon avtomobilə yeni proqram təminatı quraşdırmaq qərarına gəlib.