Son dəqiqə

Rusiya Gürcüstan Viza

Rusiya Gürcüstanla vizasız gediş-gəlişi bərpa edir

Bakı, TurkicWorld:

Rusiya Gürcüstan vətəndaşları üçün vizasız gediş-gəlişi bərpa edir.

TurkicWorld xəbər verir ki, Rusiya 2019-cu ildə iki ölkə arasında birbaşa uçuşlara qoyulan qadağanı ləğv edib.

Qeyd edək ki, Rusiya keçmiş Sovet respublikalarının əksər vətəndaşlarına vizasız giriş imkanı verir, lakin 2000-ci ildə Şimali Qafqaz regionunda terror riskini əsas gətirərək gürcülərə viza rejimi tətbiq edib. Moskva 2019-cu ildə Rusiya əleyhinə etirazlardan sonra Gürcüstana birbaşa uçuşları ləğv edib.

Ləman Əsədli
Lamanasadli01

Mövzuya görə xəbərlər