Almaniyadakı protestolar səbəbi ilə hava limanlarındakı uçuşlar təxirə salınıb

Almaniyadakı protestolar səbəbi ilə hava limanlarındakı uçuşlar təxirə salınıb

Bakı. TurkicWorld:

Almaniyanın dörd hava limanında təhlükəsizlik işçilərinin 48 saatlıq protestoları uçuşları təxirə salıb.

TurkicWorld-un məlumatına görə, təhlükəsizlik işçilərinin protestosuna səbəb, əməkhaqlarının artırılmaması olub.

Protestolar 700 təyyarənin reysinin ləğv olunması ilə, 100 min sərnişinin isə səfərinin dayandırılması ilə nəticələnib.

Qeyd edək ki, Almaniya hava limanlarında kadr çatışmazlığı olduğuna görə, ölkə keçən ilin iyun ayında Türkiyədən işçi tələb edib.