Türkiyə Prezidenti sözçüsü İbrahim Kalın ABŞ rəsmisi ilə görüşüb

Türkiyə Prezidenti sözçüsü İbrahim Kalın ABŞ rəsmisi ilə görüşüb

Bakı. TurkicWorld:

Türkiyə Prezidenti sözçüsü İbrahim Kalın Vaşinqton səfəri çərçivəsində Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland ilə görüşüb.

TurkicWorld bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Bildirilib görüş çərçivəsində bir sıra məsələkər müzakirə edilib.

" Ağ Evdə və Xarici İşlər Nazirliyində keçirilən görüşlərdə "ikitərəfli siyasi və iqtisadi əlaqələr, Türkiyədəki zəlzələlər, müdafiə sənayesində əməkdaşlıq, enerji təhlükəsizliyi, terrorla mübarizə, İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesləri, Rusiya- Ukrayna müharibəsi, Cənubi Qafqaz və Azərbaycan-Ermənistan danışıqlar prosesi ilə bağlı məsələlər qiymətləndirilib", - deyə bildirilib.