Aİ Rusiyaya qarşı sanksiyaları 2024-cü il fevralın 24-dək uzadıb

Aİ Rusiyaya qarşı sanksiyaları 2024-cü il fevralın 24-dək uzadıb

Bakı. TurkicWorld:

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların 2024-cü il fevralın 24-dək uzadılması qərarını təsdiqləyib.

TurkicWorld xəbər verir ki, Aİ Şurasının müvafiq qərarı "Avropa İttifaqının rəsmi jurnalında" dərc edilib.

"Məhdudlaşdırıcı tədbirlər 24 fevral 2024-cü ilə qədər uzadılmalıdır", - deyə qərarda bildirilir. Qeyd edilir ki, qərar "Avropa İttifaqının rəsmi jurnalında" dərc edildiyi gündən bir gün sonra qüvvəyə minir.

Qeyd edilir ki, hazırda Aİ-nin Rusiyaya qarşı sanksiyalar siyahısına 1 386 fiziki şəxs və 171 şirkət daxildir.