Bakı, TurkicWorld
Rusiya və Ukrayna həlak olan hərbçilərin meyitlərinin mübadiləsini həyata keçirir.
Bu barədə Rusiya Dövlət Dumasının xüsusi hərbi əməliyyat məsələləri üzrə parlament koordinasiya qrupunun nümayəndəsi, deputat Şamsail Saraliyev RBC-yə bildirib.
Onun sözlərinə görə, mübadilə "250-yə 22" formulu üzrə aparılır.